"Fənərbaxça" Avropa Liqasının əsas mərhələsi çərçivəsində sabah "Brann"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, sabahkı oyunöncəsi "Fənərbaxça"da ciddi itki yaşanıb. Belə ki, Marko Asensio zədə səbəbindən bu matçı buraxmalı olacaq. Onun hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.
Qeyd edək ki, "Brann" - "Fənərbaxça" matçı sabah saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
