"Mbappeni meydanda görəcəyimizi gözləyirdik" - Haaland

15:40 - 11 Dekabr 2025

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Real"la oyunundan (2:1) sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, norveçli forvard rəqib komandadakı itkilərlə bağlı vəziyyəti şərh edib:

""Real"ın heyətindəki zədələrdən xəbərdar idik. Bizdə də itkilər var idi, lakin rəqibdə daha çox idi. Heç kim futbolçuların zədələnməsini arzulamır. Kilian Mbappeni meydanda görəcəyimizi gözləyirdik. Mən onunla qarşılaşmaq istəyirdim. Belə futbolçular olmayanda, xoş olmur. Çünki ən yaxşılarla gücünü sınamaq istəyirsən. Bu isə psixoloji impuls verir".

Xəbər xətti