"Şamaxı"nın legioneri Dieqo Balau Sportal.az saytına açıqlama verib. Portuqaliyalı Misli Premyer Liqasının 14-cü turunun "Karvan-Yevlax"a(0:3) qarşı matçdakı məğlubiyyətini şərh edib:
"Karvan-Yevlax”a qarşı matçımız çətin oldu. Onların meydançası da süni örtüklü və yenidir. Düzü, o meydançada oynamaq çətin idi. Lakin biz çətinliyə də qalib gəldik, sonda da 3:0 hesablı qalibiyyəti əldə etdik. Buna görə sevinirik. "Karvan-Yevlax"la matçdan əvvəlki görüşdə də qalib gəlsəydik, ümumilikdə 20 xalımız olacaqdı. O zaman hətta avrokuboklar zonasını da hədəfləyə bilərdik. Amma təəssüf ki, "Sumqayıt"la görüşdə son 5 dəqiqədə uduzduq. Lakin komandama, baş məşqçimizə inamımız böyükdür. İnanıram ki, klub bu baş məşqçi ilə bir gün daha yaxşı yerlərə gələcək. Ümid edirik ki, gələcəkdə hər şey daha yaxşı olacaq".
Balau növbəti turda qarşılaşacaqları "Zirə" ilə görüş barədə isə bunları deyib: "Təbii ki, bu oyuna da hazırlaşırıq. Rəqibimiz güclüdür, çempionatın ən güclü komandalarından biridir. Amma biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar".
Mirbağırağa
saytlarin hazirlanmasi
