Braziliyalılar Ançelottini buraxmaq istəmir

19:22 - 14 Dekabr 2025

Karlo Ançelotti Braziliya millisində qalmağı planlaşdırır.

Sportal.az “Globo”ya istinadən xəbər  verir ki, Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə müqavilə müddətini artırmaq yönündə danışıqlar gedir. Tərəflər müqavilə müddətini 2030-cu ilə qədər artırmaqla bağlı müzakirə edirlər.

Braziliyalılar onun işindən tam məmnundur  və onun rəhbərliyi altında uğurlu dövr üçün möhkəm təməl qoyulmasının tərəfdarıdırlar. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

DÇ-2026-da Braziliya yığmasıda C qrupunda Şotlandiya, Haiti və Mərakeşlə qarşılaşacaq.

Xəbər xətti