"Qalatasaray" alman futbolçu ilə maraqlanır

14:47 - 14 Dekabr 2025

"Qalatasaray" "Borussiya"nın futbolçusu Yulian Brandtla yaxından maraqlanır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu alman futbolçunu heyətinə qatmaqda israrlıdır.

"Borussiya" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq Yulian özü də Türkiyəyə yollanmağa hazırdır. “Qalatasaray”da oynayan Leroy Sane də həmyerlisi ilə danışıb və onun fikrini öyrənib.

29 yaşlı futbolçunun “Borussiya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, “Volfsburq”da oynadıqdan sonra “Bayer”(Leverkuzen)ə keçib.

2019-cu ildə isə “Borussiya ilə anlaşıb.
 

Xəbər xətti