Braziliya millisinin üzvü "Qalatasaray"a keçə bilər

11:16 - 13 Dekabr 2025

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi Edersonu yanvar ayında icarəyə götürməyi planlaşdırır. "Sarı-qırmızılar" 26 yaşlı oyunçu üçün yaxın vaxtlarda İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan 23 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti