"Atletik"in baş məşqçisi: "Əsl ulduzlar problem yaratmırlar"

17:48 - 14 Dekabr 2025

"Atletiko"nun(Madrid) baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 16-cı turunda “Valensiya”ya 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra Koke və Antuan Qrizmann haqqında danışıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis futbolçular arasında münasibətdən bəhs edib:

"Dünən üçümüz uzun-uzn söhbət etdik. Koke bu mövsüm meydanda daha çox oynayıb, Antuan isə start heyətində o qədər də çox oynamayıb. Klub əfsanəsi olan oyunçu üçün ehtiyat oyunçular skamyasında olmaq asan deyil. Ona start heyətində yer verməmək çətindir. Amma mən Antuana onun nə qədər vacib olduğunu demək istəyirdim, təkcə oynadığı zaman yox, həm də kənarda olduğu zaman. Qrizmann əsl səviyyəli oyunçudur, oyundan zövq aldığı zaman bütün komandaya sevinc gətirir. Onların təvazökarlığı məni təəccübləndirmir. Əsl ulduzlar problem yaratmırlar. Onlar öz yerlərini başa düşürlər, illərin keçdiyini bilirlər, komandadakı rollarını qəbul edirlər və oynamaq istəyirlər. Koke və Qrizmannın qolları sayəsində qalib gəldik".

Qeyd edək ki, "Atletiko" 17 tura 34 xal toplayıb və 4-cü pillədədir. "Barselona" isə 43 xala malikdir.

Xəbər xətti