Messi üçün yeni mükafat şansı

00:31 - 14 Dekabr 2025

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Amerikanın Kralı” mükafatına namizəd göstərilib.

Sportal.az xəbər verir ki, mükafat Uruqvayın "El País" qəzeti tərəfindən Amerika liqalarında ilin ən yaxşı futbolçusuna təqdim olunur.

38 yaşlı futbolçu ilə yanaşı, mükafata həmçinin Corcian de Arraskaeta, Aqustin Rossi, Danilo, Bruno Enrike, Pedro Abreu (hamısı – “Flamenqo”), Qustavo Qomes, Vitor Roke, Flako Lopes (hamısı – “Palmeyras”), Leandro Paredes (“Boka Xuniors”) və Anxel Di Mariya (“Rosario Sentral”) da namizəddir.

Qalib 31 dekabr tarixində təxminən 250 jurnalistin səsverməsi əsasında müəyyənləşdiriləcək.

Xəbər xətti