Rusiyanın "SKA-Xabarovsk" klubunun Azərbaycanəsilli qapıçısı İslam İmamov Sportal.az saytına açıqlama verib.
24 yaşlı qapıçı karyerasını Premyer Liqamızda davam etdirməyə hazırdır. O, məsələ haqda bunları deyib:
"Bu yay Rusiya Premyer Liqasının bir neçə klubundan maraq var idi. Amma konkret bir şey olmadı. AFFA-nın mənə olan marağından xəbərim var. Karyeramın inkişafını Azərbaycan milli komandası kontekstində nəzərdən keçirdiyimi gizlətməyəcəyəm. Necə olacaq, hadisələr necə inkişaf edəcəyini zaman və gələcək göstərəcək".
O, Premyer Liqada oynamaq ehtimalından və istəyindən bəhs edib: "Azərbaycan Premyer Liqasından gələn hər hansı təklifə böyük maraqla yanaşıram. Azərbaycan Premyer Liqasındakı bir kluba keçid hekayəsi mənim üçün maraqlı olardı. Yenə də insanlar ehtimal edir, Allah isə qərar verir. Bu günlərdə heç nəyi dəqiq demək mümkün deyil. Çox çalışacağıq və vəziyyətin tələb etdiyi kimi davam edəcəyik".
Mirbağırağa
