"Mançester Siti"nin yarımmüdafiəçisi: "Düşünürəm ki, məşqçi ola bilərəm"

18:48 - 14 Dekabr 2025

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva aktiv futbolçu karyerasını başa vurduqdan sonra hansı işlə məşğul olmağı planlaşdırdığı haqda danışıb.

Sportal.az xəbər verir ki, “BBC”yə müsahibə verən portuqaliyalı futbol sahəsində olmaq istəyindən bəhs edib.

- Əgər futbolçu olmasaydınız…

Bilmirəm. Bu, çox çətin sualdır. Həqiqətən bilmək istərdim, çünki futbolçu karyeramı başa vurduqdan sonra bu sahədə qalmağı planlaşdırıram. Dayanmaq istəmirəm, ona görə də bu, çox yaxşı sualdır. Təqaüdə çıxdığım zaman cavab tapmağa çalışacam.

- Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez “Bernardo karyerasını başa vurduqdan sonra məşqçi olacaq” deyib. Doğrudur?

- Bilmirəm. Düşünürəm ki, bacararam. Çünki oyunu çox yaxşı başa düşürəm, ona çox vaxt və enerji sərf etmişəm. Təqaüdə çıxanda uşaqlarımla vaxt keçirmək, həyat yoldaşımla səyahət etmək istəyirəm. Futbolu sevirəm. Düşünürəm ki, futbol oynamaq üçün darıxacam. Amma əgər futboldan ötrü darıxsam, geri qayıtsam, yəqin ki, məşqçilik edəcəm.

Qeyd edək ki, 31 yaşlı futbolçunun "Mançester Siti" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2017-ci ildə "Monako"dan Mançester klubuna keçib.

Xəbər xətti