"Neftçi"nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində 10-cu oldu

11:34 - 16 Dekabr 2025

Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Sportal.az xəbər verir ki, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb. Vernidub Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) , Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb.

Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir. O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Xəbər xətti