Çempionlar Liqası: "Sabah" qrupda son matçına çıxacaq

09:55 - 16 Dekabr 2025

Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edən “Sabah” bu gün əsas mərhələdə son oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv B qrupunda Almaniyanın “Alba” klubu ilə qarşılaşacaq.

Berlində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, 5 matçın 1-də qələbə qazanmış "bayquşlar" 6 xalla qrupda sonuncusudur.

Xəbər xətti