"Qış fasiləsində Portuqaliyaya yollanacam, qızım və nişanlım üçün çox darıxmışam" - MÜSAHİBƏ

12:48 - 18 Dekabr 2025

"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib.

- Misli Premyer Liqasının 15-ci turunda "Şamaxı” “Zirə”ni evdə məğlub etməyi bacardı. Qarşılaşma sizin üçün necə yadda qaldı?

Çempionatımızda ən yaxşı komandalardan birinə qarşı çətin bir oyun idi. Erkən qol buraxdıq, amma nəticəni dəyişdirmək üçün soyuqqanlılığımız və düzgün münasibətimiz var idi. Bu, bütün komandanın əla münasibəti və fədakarlıq ruhu idi.

- Komanda hazırda 7-ci pillədə qərarlaşıb. Bu nəticə sizi razı salır?

Əlbəttə ki, turnir cədvəlinə baxırıq, amma yaxşı olub-olmadığını demək hələ tezdir. Təvazökarlıq və vicdanla iddialı olmalıyıq. Dəqiq məqsədlərimiz yaxşı müəyyən edilib və biz gündən-günə inkişaf etməyə çalışan klubuq. Sona qədər heç nə ilə kifayətlənmək istəmirik.

- Qış fasiləsinə qədər olan son turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Bu görüşdə məqsədiniz nədir? Rəqib son turda “Qarabağ”a 1:5 uduzub...

"Araz-Naxçıvan” Avropa yarışlarında iştirak etmiş komandasıdır. Bizi çox çətin səfər gözləyir və onlara qarşı oynamağın nə qədər çətin olduğunu bilirik. Son nəticəyə bu cür baxa bilmərik. Heç bir oyun eyni deyil. Çalışmalı və maksimum güclə mübarizə aparmalıyıq. Daha əvvəl də dediyim kimi, bu, Avropa komandasıdır və hər kəsin hörmətinə layiqdir.

- "Araz-Naxçıvan"ı məğlub etsəniz, onlara turnir cədvəlində çatacaqsınız...

Turnir cədvəlinə çox da diqqət yetirmədən bütün xallar uğrunda mübarizə aparmaq istəyirik. Mümkün qədər çox xal uğrunda mübarizə aparacağıq. Sonda isə nəticə turnir cədvəlindəki mövqeyimizdən görünəcək.

- Qış fasiləsi zamanı Bakıda qalacaqsan, yoxsa Portuqaliyaya yollanacaqsan?

- Portuqaliyaya yollanacam. Uzun müddətdir ki, ailəmi və dostlarımı görməmişəm. Artıq qızım və nişanlım üçün çox darıxmışam. 

Mirbağırağa
 

Xəbər xətti