İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Estevao sıradan çıxıb. Bu barədə yeerli mətbuat məlumat yayıb.
Braziliyalı vinger ayaq əzələsindən zədə alıb. 18 yaşlı ön xətt oyunçusu Premyer Liqanın 17-ci turunun "Nyukasl"la matçında iştirak edə bilməyəcək. Qarşılaşma 20 dekabr tarixində baş tutacaq.
Qeyd edək ki, "Çelsi" Estevaaonu mövsümün əvvəlində "Palmeyras"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü olan gənc futbolçu Premyer Liqa nəhənginin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
