Futbola marağı azaldı, karyerasını 24 yaşında başa vurdu

15:15 - 17 Dekabr 2025

İngiltərənin "Piterboro" klubunun isveçli mərkəz müdafiəçisi Oskar Vallin 24 yaşında aktiv futbolçu karyerasını başa vurub. 

Sportal.az "BBC"yə istinadən xəbər verir ki, buna səbəb onun futbola olan marağının azalmasıdır.

Skandinaviyalı özü bu haqda açıqlama verib:

"Futbol oynamaq artıq mənim üçün maraqlı deyil. Açığı, oynamağa davam edə bilərdim, amma indi başa düşürəm ki, bunu etmək istəyimi itirmişəm. Karyeramı davam etdirmək üçün İsveçə qayıtmaq da məni maraqlandırmır. Son 15 ildə futbola görə qurban verdiyim hər şeyə vaxtımı həsr etmək istəyirəm. Bəli, futbol oynamağı dayandırmışam. Futbolda heç vaxt xüsusi planlarım olmayıb; hər şey təbii şəkildə baş verib, amma çoxdan başa düşdüm ki, 35 yaşıma qədər oynamaq istəmirəm. 24 yaşında karyeramı başa vurdum, amma bunu 22 və ya 27 yaşımda edə bilərdim".

24 yaşlı “Hudiksvalls”, “Degerfors” komandalarında oynadıqdan sonra 2024-cü idlə “Piterboro Yunayted”ə keçmişdi.

Xəbər xətti