Türkiyənin "Antalyaspor" klubu baş məşqçi Erol Bulutla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Türkiyəli çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilir.
Qeyd edək ki, Erol Bulut oktyabr ayında "Antalyaspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi
