"Fənərbaxça" tanınmış hücumçu ilə maraqlanır

15:51 - 18 Dekabr 2025

"Napoli" qış transfer pəncərəsi zamanı Romelu Lukakunu satmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İtaliya çempionu zədələrdən əziyyət çəkən belçikalı hücumçu üçün gələn təklifləri dəyərləndirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Napoli" Lukakunun qiymətini müəyyənləşdirib. A Seriyası nəhəngi 32 yaşlı forvardı 10-15 milyon avroya satmağa hazırdır.

"Fənərbaxça"nın təcrübəli futbolçu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, "Napoli" Romelu Lukakunu 2024-cü ilin yayında "Çelsi"dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin zədə səbəbindən rəsmi oyunlarsda iştirak etməyib.

Xəbər xətti