"Fluminense" kapitanı Tiaqo Silva ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyalı futbolçu Avropaya qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Tiaqo Silva 2024-cü ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent kimi "Fluminense"yə keçmişdi. Təcrübəlu oyunçu başa çatan mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
