FIFA "Əl-Nəsr" klubuna transfer qadağası tətbiq edib.
Sportal.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin maliyyə öhdəliklərinə əməl etməməsidir. Bu barədə ərəb mediası məlumat yayıb.
Klub 2023-cü ildə Aymerik Laportun transferinə görə "Mançester Siti"yə 9 milyon avro borclu qalıb. Ödənişin 31 avqust tarixinə kimi edilməli idi.
"Əl-Nəsr" İngiltərə klubuna olan borcunu ödəsə, qadağa aradan qalxacaq.
saytlarin hazirlanmasi
