"Tottenhem"in qapıçısı "İnter"in hədəfində

20:26 - 5 Fevral 2026

"Tottenhem"in qapıçısı Qulyelmo Vikario İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "İnter" italiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Milan klubu Vikarionu Yann Zommerin davamçısı kimi düşünür. 29 yaşlı "əlcək sahibi" özü də "İnter"ə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Tottenhem" Qulyelmo Vikarionu 2023-cü ilin yayında "Empoli"dən 18 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti