"Neftçi" legioneri ilə bağlı qərar verdi - komandada saxlamaq istəyirlər

11:47 - 18 Mart 2026

"Neftçi" hazırkı legionerlərindən, müqavilə müddəti başa çatan futbolçulardan birini komandada saxlamağı planlaşdırır. 

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” komandanın əsas forvardına çevrilən Bassala Sambunun müavilə müddətini artırmaq haqda düşünür.

"Neftçi" onunla daha 1 illik müqavilə imzalamağı planlaşdırır.

Sambunun “Neftçi” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Legioner hücumçu "Neftçi"yə qədər “Fortuna”(Sittard), “Randers”, “Kryu Aleksandra”, “Oldham Atletik”, “Enosis Paralimni” klublarında çıxış edib.
 

Xəbər xətti