"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa Sportal.az saytına açıqlama verib.
O, Misli Premyer Liqasının 25-ci turunda "Sumqayıt" üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.
Xorvatiyalı futbolçu komandasının Premyer Liqa ilə yanaşı, ölkə kubokunda da uğurlu çıxış etmək niyyətində olduğunu deyib:
"Biz növbəti uğurlu oyun keçirdik. Oyunboyu yaxşı futbol nümayiş etdirdik. Ümumilikdə, son vaxtlar yaxşı oynayırıq. Ardıcıl neçə matçdır qalib gəldiyimizi də deyə bilmərəm. Qələbə qazanmaq xoşdur. Bütün futbolçular hər oyunda əllərindən gələni edirlər. Mövsümün böyük hissəsi geridə qalıb, amma hələ 8 həlledici tur bizi gözləyir. Kubokda da mübarizəmizi davam etdiririk. İndi fasilədir. Hamımız dincələcəyik və sonra çalışmağa davam edəcəyik".
Mirbağırağa
