"Mançester Yunayted"in sabiq çalışdırıcısı Portuqaliya nəhəngində işləyəcək

11:47 - 20 Mart 2026

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, hazırda “Benfika” onun xidmətində maraqlıdır. Lissabon təmsilçisi gənc məşqçi ilə danışıq aparır. O, DÇ-2026-dan sonra “Benfika”nı tərk edəcək Joze Mourinyonu əvəzləyəcək.

Lakin burada əsas problem Amorimin əvvəllər "Benfika"nın əzəli rəqibi olan "Sportinq"də çalışması ola bilər.

Klub rəhbərliyi azarkeşlərin təyinata etiraz edə biləcəyindən ehtiyat etsə də, bunun reallaşmasına can atır.

Xəbər xətti