"İnter"in hücumçusu Anj-Yoan Bonni yayda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Əl-Hilal" və PSJ fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
A Seriyası nəhəngi 22 yaşlı forvardı satmaq istəmir. Lakin klub 50 milyon avroluq təklif gəlsə, dəyərləndirəcək.
Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini mövsümün əvvəlində "Parma"dan 23 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
