Azərbaycan çempionatı: "Zirə" finala vəsiqə qazandı

11:22 - 19 Mart 2026

Minifutbol üzrə Azərbaycan çempionatının finalında üz-üzə çıxacaq komandalar dəqiqləşib. 

Sportal.az xəbər verir ki, həlledici matçda "Zirə" və "Birbaşa Bakı" qarşılaşacaq.

"Zirə" yarımfinalda "Sumqayıt"ı cavab görüşündə də 5:2(ilk oyun 3:1) məğlub edərək, finala vəsiqə qazanıb. 

"Birbaşa Bakı" isə "Aznur"la cavab matçında 1:1 oynayıb. Ölkə çempionu ilk oyundakı 2:1 hesablı qələbə sayəsində həlledici görüşdə oynamaq hüququ qazanıb. 

Final oyunu aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda baş tutacaq.

Üçüncü yer uğrunda görüşdə isə “Sumqayıt” və “Aznur” komandaları qarşılaşacaq.

Xəbər xətti