“Qalatasaray” yeni mövsüm üçün heyətini qorumağı planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” Mario Leminanı buraxmaq istəmir.
Türkiyə çempionu qabonlu futbolçuya yeni müqavilə təklif edib. “Qalatasaray”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq təcrübəli futbolçu özü də iş yerini dəyişmək fikrində deyil.
32 yaşlı futbolçunun müqavilə müddəti 1 illik artırılacaq.
Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.
