"Mən əvvəlki baş məşqçilərdən daha yaxşı deyiləm, amma..."

23:13 - 10 Aprel 2026

Roberto De Zerbi "Tottenhem"dəki işi barədə danışıb və komandanın Premyer Liqada qalacağına inandığını bildirib.

Sportal.az xəbər verir ki, London klubunun baş məşqçisi öz açıqlamasında maraqlı faktlara toxunub:

“Burada olmaqdan qürur duyuram və xoşbəxtəm. Rəhbərliyə təşəkkür edirəm, çünki mənə böyük etimad göstərirlər. İndi işləməli və xallar toplamalıyıq. Mən futbolçuların səviyyəsinə inanıram, keçmişdə onların bəzilərini komandalarıma cəlb etməyə yaxın olmuşdum. Mən Tomas Frank və ya İqor Tudordan daha yaxşı deyiləm, sadəcə öz stilimi və xarakterimi gətirməyə çalışıram. Əsas məqsədimiz nəticə əldə etməkdir.

Premyer Liqada qalacağımıza əminəm. Bunu hələ işə başlamazdan əvvəl də bilirdim. Oyunçular yaxşı insanlardır və çətin vəziyyətdə əziyyət çəkirlər. Azarkeşlər buna görə onlara dəstək olmalıdır. Meydandakı atmosfer dəyişir və indi daha pozitivəm."

Xəbər xətti