Azərbaycan klublarının Afrika bazarına marağı artıb. Premyer Liqa təmsilçiləri bir-birlərinin ardınca bu qitəyə yollayır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ", "Neftçi" və "Kəpəz"in ardınca, "İmişli" də Nigeriyaya üz tutub.
Digərlərindən fərqli, debütant bu ölkədə prezident səviyyəsində təmsil olunub. Aran təmsilçisinin başqanı Kamran Eyyubovun özü Laqos şəhərinə yollanıb.
O, gənclərdən ibarət yerli akademiya komandalarının iştirakıyla keçirilən turniri izləyib və 2 nəfəri bəyənib.
Perspektiv vəd edən nigeriyalılar yayda ölkəmizə dəvət olunub.
Onlar bir müddət "İmişli"nin düşərgəsində baxışdan keçəcək və məsləhət bilinirsə, tərəflər arasında uzunmüddətli müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi
