"Mançester Siti" Fransadan 18 yaşlı vinger transfer edir

17:17 - 17 Aprel 2026

"Trua"nın futbolçusu Matis Deturbe karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Siti" fransalı vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Mançester Siti" 18 yaşlı oyunçu üçün Fransa klubuna 15 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Matis Deturbe "Trua"nın yetirməsidir. Gənc futbolçu bu mövsüç Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti