"İngilislərin futbol DNT-sində topa sahib olmaqla oyuna nəzarət etmək yoxdur"

23:46 - 16 İyul 2026

Tomas Tuxel İngiltərə millisinin DÇ-2026-nın yarımfinalında Argentina yığmasına 1:2 hesablı məğlubiyyətindən sonra komandasının çıxışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, alman mütəxəssis bildirib ki, həmin məqamda taktiki dəyişikliklər oyunun gedişinə ciddi təsir göstərə bilməzdi:

“Həmin anda elə hiss edirdim ki, heç bir taktiki sxem bizə kömək edə bilməzdi. Çünki həddindən artıq passiv oynayırdıq, fiziki gücümüz çatmırdı, cərimə meydançamıza daxil olan rəqib futbolçuları dayandıra bilmirdik və ötürmələrdə çox səhv edirdik. Statistikaya hələ baxmamışam, amma mənə elə gəlir ki, qolumuzdan dərhal sonra oyunun axarı tam dəyişdi və topa nəzarətimiz kəskin azaldı. İkili mübarizələri uduzmağa başladıq və getdikcə daha çox öz qapımıza sıxıldıq. Bu, heç vaxt planımızın bir hissəsi olmayıb, amma məhz belə oldu.”

O qeyd edib ki, komanda rəqibin ikinci xəttdən qoşulan futbolçularını zərərsizləşdirə bilməyib:

“Onların yarımmüdafiəçilərinin xətlər arasındakı boşluqlara daxil olmasının qarşısını ala bilmədik. Üstəlik, ötürmələri və cinah asmaları ən yüksək səviyyədə idi. Topa nəzarəti geri qaytarmalı idik. Əks halda, təzyiqi azaltmaq və təşəbbüsü yenidən ələ keçirmək mümkün deyil. Düşünürəm ki, topa sahib olmaq həlledici amildir. Ola bilsin, bu xüsusiyyət bizim futbol DNT-mizdə ispanlarda və ya Argentina-Braziliya futbol məktəbində olduğu qədər formalaşmayıb."

Xəbər xətti