"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq.
Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandası üzərində iki oyunun yekununa əsasən üstün olub. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Dinamo” cavab matçında 1:0 hesablı qələbə qazanıb. Qalib penaltilər seriyasında müəyyənləşib və Belarus klubu 6:5 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Neftçi" üçün UEFA Konfrans Liqasının bu mövsümündə mübarizə məhz II təsnifat mərhələsindən başlayacaq.
saytlarin hazirlanmasi
