"Qalatasaray" İtaliya klubuna uduzdu - VİDEO

10:34 - 28 İyul 2026

"Qalatasaray" "Venetsiya" ilə yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Türkiyə çempionu rəqibinə 0:3 hesabı ilə uduzub.

Avstriyada keçirilmiş görüşdə "Qalatasaray"ın qapısına qolları Con Yeboa Lion Lauberbax vurub.

“Qalatasaray” ilk yoxlama matçında digər A Seriyası təmsilçisi “Montsa”ya 0:2 məğlub olub.

"Qalatasaray" - "Venetsiya" 0:3
Qollar
: Yeboa 71,  Lion Lauberbach 75, 90+2

Xəbər xətti