"Qarabağ"a qarşı yaxşı oynadıq. Turlar keçdikcə daha yaxşı komandaya çevrilirik. Ötən turda "Sabah"a qarşı da yaxşı mübarizə aparmışdıq, "Qarabağ"a qarşı mübarizəmiz ondan da yaxşı idi. Ümumi oyunu götürsək, qol epizodlarımız daha çox idi, qollar vurduq. Bəlkə beş dəqiqə artıq olsaydı, bir standart vəziyyəti də əldə etsəydik, hesabı 3:3 edə bilərdik də. Komanda get-gedə daha yaxşı formaya düşür. Gec yığıldıq, məşqçilər yenidir, köhnə heyətdən çox az oyunçu qalıb, çox oyunçu getdi, yeni gələnlər çoxdur. Uğur, nəticə vaxt tələb edir. Qarşıdakı turlardan qələbə qazanmaq istəyirik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Ceyhun Nuriyev deyib.
O, komandasının növbəti turdakı "Turan Tovuz"la görüşdən gözləntilərini bildirib: "Artıq qələbə qazanmağı hədəfləyirik, vaxtıdır, hətta vaxtı çoxdan çatıb. Turlar keçdikcə, komandanın özünəinamı artır. İlk qollarımızı vurduq. Qələbə qazanmaq istəyirik. Rəqibdən çəkinmirik. Qələbə qazanmamaq üçün bir səbəb görmürəm. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq və qalib gələcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi
