Klublarımızın Avropadakı statistikası
	 
	Ötən gün Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri növbəti oyunlarını keçirdilər. Sportal.az xəbər verir ki, ikinci təsnifat mərhələsindəki ilk oyununa doğma meydanda çıxan “Qarabağ” Polşanın “Piast” klubuna 2:1 hesabıyla qalib gəldi.
	 
	“İnter”lə “Xəzər Lənkəran” isə səfərdə müvafiq olaraq Norveç “Tromse”si ilə İsrail “Maccabi”sinə (Hayfa) eyni hesabla (0:2) məğlub oldu.
	 
	Təmsilçilərimizin bu rəqibləri ilə oyunlarının statistik göstəricilərini diqqətinizə çatdırırıq:
	
	Qarabağ – Piast
	Qapıya zərbə (çərçivəyə): 16 (6) – 6 (3)
	Korner: 7 - 2
	Ofsayd: 0 - 5
	Qayda pozuntusu: 14 - 16
	Sarı vərəqə: 2 - 1
	Qırmızı vərəqə: 0 - 0
	 
	Maccabi – Xəzər Lənkəran
	Qapıya zərbə (çərçivəyə): 14 (8) – 3 (0)
	Korner: 10 - 0
	Ofsayd: 2 - 1
	Qayda pozuntusu: 8 – 6
	Sarı vərəqə: 0 - 1
	Qırmızı vərəqə: 0 - 0
	 
	Tromse - İnter
	Qapıya zərbə (çərçivəyə): 4 (3) – 9 (1)
	Korner: 3 - 5
	Ofsayd: 0 - 0
	Qayda pozuntusu: 14 - 16
	Sarı vərəqə: 1 - 4
	Qırmızı vərəqə: 0 – 0
                      
saytlarin hazirlanmasi