"Biz növbəti mərhələyə adlaya bilərik"
	 
	"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkaranın Sportal.az saytına müsahibəsi
	 
	- “Makkabi” ilə səfərdəki oyun haqqında fikirlərini bildirərdin?
	- Bilmirəm nə deyim? Meydanda çox pis oynadıq və bunun nəticəsi idiki məğlub olduq. Əlimizdən gələni etməyə çalışdıq, amma alınmadı.
	 
	- “Makkabi”yə nədə uduzdunuz?
	- Bu oyunda biz artıq məğlub olmuşuq. Bu barədə nəsə demək çətindir. Artıq həmin oyun geridə qaldı.
	 
	- Son zamanlar “Xəzər Lənkəran”ın heyətində meydanda ən yaxşı sən görünürsən. Azarkeşlər də sənin oyunundan zövq alır. Belə oyunu növbəti matçlarda da davam etdirə biləcəksən?
	- Mən onlara təşəkkür edirəm ki, mənə belə qiymət verirlər. Onlar komandaya da lazımınca dəstək verirlər. Yenə də əlimdən gələn köməyi komandaya etməyə hazıram və edəcəm də.
	 
	- Bəs, azarkeşlərə nə deyə bilərsən?
	- Onlar möhtəşəmdirlər. Hətta “Fənərbaxça” ilə oyunda da bizim azarkeşlər bizə dəstək verdilər. Baxmayaraq ki, biz yoldaşlıq oyununda oynayırdıq. İnanıram ki, “Makkabi” ilə oyunda da onlar bu möhtəşəmliyi davam etdirəcəklər.
	 
	- “Xəzər Lənkəran” səfərdə 0:2 hesabı ilə uduzub və qarşıda cavab oyunu var. Şansları necə dəyərləndirirsən?
	- Əlbəttə ki, bizə çətin olacaq. Amma “Makkabi” keçiləsi rəqibdir. Biz bu mərhələni adlaya bilərik.
	 
	- Komanda buna inanır?
	- Əlbəttə, hamımız inanırıq. Biz meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edəcəyik. İnanırıq ki, 3-cü mərhələdə oynayan komanda biz olacağıq.
	 
	Elsevər MƏMMƏDOV
                      
saytlarin hazirlanmasi