"Kim istəyər ki, çempionat qabağı belə bir şey olsun"
	 
	"Onu istefası komandada çox pis qarşılandı. Kim istəyər ki, çempionat qabağı belə bir şey olsun".
	 
	Bu sözləri Sportal.az-a açıqlamasında "Denizlispor"un baş məşqçisi postundan istefa verən Özcan Bizati haqqında danışarkən Saşa Yunisoğlu deyib. Yunisoğlu yeni baş məşqçinin nə vaxt gələcəyi haqqında da danışıb:
	
	"Bilmirəm yeni baş məşqçi nə vaxt gələcək. Hələ bu barədə bizə heç bir şey deyilməyib".
                      
saytlarin hazirlanmasi