Calma Santos gözlərini əbədi olaraq yumdu
	 
	Dünən Brazilyanın Veber şəhərində Brazilyanın heyətində ikiqat dünya çempionu olmuş Calma Santos dünyasını dəyişib.
	 
	Sportal.az xəbər verir ki, 84 yaşlı Santos 1 iyul tarixindən xəstəxanada müalicə alırdı. Sağ cinah müdafiəçisinin karyerası 1948-ci ildən 1971-ci ilə qədər davam etmişdir. Klub səviyyəsində o “Portuqeza Desportos” , “Palmeyras” və “Atletiko Paranense” kimi klubların şərəfini qoruyub.
	 
	Brazilya yığma komandasında futbolçu 1952-1968 ci illər ərzində çıxış etmişdir. Milli komanda ilə Santos 4 dünya çempionatına iştirak etmişdir,bu çempionatlardan 1958 İsveç, 1962 Çili də keçirilən çempionatların qalibi olub.
	 
	 
	2004-cü ildə Pele Santosu 20-ci əsrin ən yaxşı futbolçuları siyahısına aid etmişdir.
                      
saytlarin hazirlanmasi