İclasda bir çox məsələlərə aydınlıq gələcək
	 
	Avqustun 14-də, saat 11:00-da, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
	 
	Sportal.az xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
	 
	1. Birinci Diviziondan Topaz Premyer Liqasına neçə komandanın yüksəlməsinin müəyyənləşdirilməsi
	2. Topaz Premyer Liqasında çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılmasının müzakirəsi
	3. AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı və AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi
	4. Digər məsələlər
                      
saytlarin hazirlanmasi