"4 klubun içərisində Azərbaycan klubunun da adı var"
	 
	"Mən "Xəzər Lənkəran" adlı klub tanımıram. Hal-hazırda "Eyimba" klubunda oynayıram. Amma mənimlə maraqlanan klublar arasında Lənkəran komandasının adı olduğunu agentim mənə deyib".
	 
	Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın transfer etmək istədiyi futbolçu Cefferson Nelson deyib. Afrikalı futbolçu "Xəzər Lənkəran"da oynaya biləciyini açıqlayıb:
	 
	"Mənimlə maraqlanan 4 klub var. Onlar arasında Azərbaycan klubu da var. Bütün işlərimlə agentim maraqlanır. Hər şeyə aydınlıq gələcək".
                      
saytlarin hazirlanmasi