"Gefle" - "Qarabağ" oyunun hakimi bəlli oldu

01:59 - 30 İyul 2013

İsveçdəki oyun isveçrəli referiyə tapşırıldı

 

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Gefle” (İsveç) - “Qarabağ” matçının baş hakimi bəlli olub.
 
Sportal.az xəbər verir ki, avqustun 8-də İsveçdə keçiriləcək qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcəklər. Baş hakim Stefan Klossnerin adı açıqlansa da, onun köməkçiləri hələ müəyyənləşməyib.
 
Qeyd edək ki, avqustun 1-də Bakıda, Tofiq Bəhramaov adına Respublika stadionunda keçiriləcək matçı isə fransalı baş hakim Nikolas Rainville idarə edəcək.

Xəbər xətti