Çumbinyo: "Hədəfləri olan komandaya gəlmişəm və meydana çıxacağım günü səbirsizliklə gözləyirəm"
"Qarabağ" yay transfer dönəmində daha bir transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Yunanıstanın "Olimpiakos" klubundan Çumbinyonu transfer edib. 27 yaşlı futbolçu braziliyalıdır. Meydanın mərkəzində, pleymeyker mövqeyində çıxış edən tam adı Marinaldo Cícero da Silva olan futbolçu ölkəsində "San Paolo", "Koritiba" kimi klublar da çıxış edib. Çumbinyoyla 2 illik müqavilə bağlanıb. Artıq Braziliyalının adı Avropa Liqası üçün verdiyimiz sifariş vərəqəsinə salınıb. Çumbinyo klubun rəsmi saytına ilk fikirlərini bildirib:
"Qarabağ"a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Hədəfləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədkdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, "Qarabağ" texnikalı futbol oynayır. Bilrəm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum "Qarabağ"a uyğun gəlməsəydi məni komandada görmək istəməzdilər. "Qarabağ"a fayda verməyə gəlmişəm.
Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
saytlarin hazirlanmasi