Batumidə seminar keçirilib

16:27 - 7 Avqust 2013

Seminara 5 ölkə qatıldı
 
Avqustun 3-dən 6-dək Gürcüstanın Batumi şəhərində Açıq Əyləncəli Futbol Məktəblərinin seminarı keçirilib.
 
Sportal.az xəbər verir ki, seminarda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və İraqda fəaliyyət göstərən Açıq Əyləncəli Futbol Məktəblərinin nümayəndələri iştirak edib. Açıq Əyləncəli Futbol Məktəblərinin rəhbəri Anders Levinsenin sədrliyi ilə keçirilən tədbirdə ölkəmiz layihənin koordinatoru Kərim Ağayev və 10 nəfər təlimatçı ilə təmsil olunub.

Xəbər xətti