"Bu dəfə çalışacağıq ki, bu sınaqdan qalib ayrılaq"
“Gefle” ilə oyunda sonra da qeyd etmişdim ki, hansı rəqib məsləhətdirsə, o, olsun. Qismətimizə “Ayntraxt” düşdü və əlimizdən gələni edəcəyik ki, Avropa Liqasının qrupuna düşək. “Play-off”da asan rəqib olmur, bu aydın məsələdir ki, hər bir rəqibin öz çətinliyi var".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Sadıqov rəqibi yaxşı analiz edib gözəl oyun sərgiləyəcəklərini də sözlərinə əlavə edib:
“Ayntraxt” çox güclü rəqibdi və Bundesliqa kimi səviyyəli liqada mübarizə aparır. İkinci dəfədir ki, Almaniya klubu ilə görüşürük. Almaniya klublarına qarşı ilk sınağımız uğursuz olmuşdu. “Borussiya” klubu ilə qarşılaşanda rəqib həddindən artıq güclü idi və həmin il Almaniya çempionu oldular. Amma bu dəfə çalışacağıq ki, bu sınaqdan qalib ayrılaq. Almaniyada və Bakıda göstərdiyimiz oyun pis alınmamışdı. Biz də, məşqçilər korpusu da rəqibi yaxşı analiz edəcəklər və oyuna hazırlaşacağıq. Əslində bu barədə çox danışmaq istəmirəm və hal-hazırda məni daha çox “Sumqayıt”la oyun maraqlandırır”.
saytlarin hazirlanmasi