"Neftçi" səfərdə "Rəvan"a qalib gəldi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 2-ci tura start verilib. Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
AZAL doğma divarlar arasında “Bakı” ilə sülh bağlayıb. “Neftçi” isə səfərdə “Rəvan”a qalib gəlib.
Turun digər üç oyunu şənbə günü keçiriləcək.
Əvəzedicilərin çempionatı
2-ci tur
9 avqust
AZAL – Bakı – 1:1
Qollar: Aydın Qasımov, 87 - Eltun Hüseynov, 17.
Rəvan - Neftçi – 1:2
Qollar: Ayaz Mehdiyev, 15- Aqşin Qurbanlı, 80, Cavid Muxtarzadə, 84.
saytlarin hazirlanmasi