Komanda dünən məşq etdi
Premyer Liqanın 2-ci turunda AZAL-la oyuna hazırlaşan “Bakı” dünən sadəcə axşam məşqi ilə kifayətlənib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi bir saat davam edib. Məşq “zolaqlılar”in isinmə hərəkətləri ilə başlayıb. Komanda üzvləri əsasən driblinq və qısa ötürmələr üzərində çalışıblar. Əfran İsmayılov komandadan ayrı məşq edib. Namiq Ələsgərov və Şəhriyar Əliyev isə məşqdə iştirak etməyib.
Qeyd edək ki, Premyer Liqanın 2-ci turu avqustun 10-u saat 19:00-da «AZAL Arena”da keçiriləcək AZAL - "Bakı" görüşü ilə start götürəcək.
saytlarin hazirlanmasi