"İkinci hissədə şanslarımız oldu"
“İlk hissədə komandam, demək olar ki, meydanda yox idi, çox pis oynadıq. Premyer Liqa komandasına yaraşmayan səhvlər buraxdıq".
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-a məğlubiyyətdən sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Serbiyalı məşqçi ikinci hissədə komandasının daha yaxşı oynadığını bildirib:
"Lakin ikinci hissədə daha yaxşı oynadıq, hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün şanslarımız oldu. Lakin ilk hissədəki oyunumuz öz sözünü dedi. AZAL-ı qələbə ilə təbrik edirəm”.
saytlarin hazirlanmasi