Superkubok kimin olacaq: "Fənərbaxça"nın, yoxsa "Qalatasaray"ın?

15:44 - 11 Avqust 2013

Azarkeşləri maraqlı oyun gözləyir

 

Bu gün Türkiyə superkubokunun qalibi müəyyən olunacaq.

 

Sportal.az xəbər verir ki, superkubokun finalında son ölkə çempionu "Qalatasaray" və Türkiyə kubokunun qalibi "Fənərbaxça" üz-üzə gələcək. Əzəli rəqiblərin dueli Kayserinin "Kadir Has" stadionunda keçiriləcək. Görüş Bakı vaxtilə saat 22:30-da başlayacaq. Oyunu Türkiyənin ATV kanalı canlı yayımlayacaq.  

 

Oyuna hazırlaşan komandaların baş məşqçisi heyəti açıqlayıb. 

"Fənərbaxça"nın çalışdırıcısı Ərsun Yanal heyətə bu futbolçuları daxil edib: Mərt Günok, Sərkan Kırıntılı, Mixal Kadleç, Sərdar Kesimal, Həsən Əli Kaldırım, Bekir İrtegün, Bruno Alveş, Mehmet Topuz, Caner Erkin, Alper Potuk, Kristian Baroni, Emre Belözoğlu, Salih Uçan, Selçuk Şahin, Mehmet Topal, Dirk Küyt, Mussa Sou və Pyer Vebo.  Yobo, Krasiç, Holmen heyətə alınmayıb, Meyreleş cəzalı olduğundan, "Fənər"in yeni transferi Emenikenin isə lisenziyası olmadığından heyətə daxil edilməyib. 

 

Fatih Terim isə bu futbolçuların xidmətindən istifadə edəcək: Fernando Muslera, Eray İşcan, Gökhan Zan, Aurelion Şedcu, Hakan Balta, Semih Kaya, Emmanuel Eboue, Felipe Melo, Hamit Altıntop, Ceyhun Gülselam, Selçuk İnan, Uesli Sneyder, Kazım Kazım, Erman Kılıç, Yekta Kurtuluş, Emre Çolak, Nordin Amrabat, Didye Droqba, Burak Yılmaz və Umut Bulut. Sabri Sarıoğlu cəzalıdı. Dani, Albert Riera və Yohan Elmander isə heyətə alınmayıb. 

Xəbər xətti