Hıncal Uluç komandasını tənqid etdi
Türkiyənin tanınmış futbol şərhçisi Hıncal Uluç superkubokda qarşı-qarşıya gələn “Qalatasaray” – “Fənərbaxça” derbisini dəyərləndirib.
Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Uluç “Qalatasaray”lı olmağına və kuboku qazanmalarına baxmayaraq komandasını tənqid edib. Hətta bu komandaya azarkeşlik etdiyi üçün utandığını da deyib:
“Qalatasaray” superkuboku haqq etmədi. Şərhçiliyi bir kənara qoyuram, bu komandanın azarkeşi kimi danışıram. Qol vurulandan sonra “Qalatasaraylı” olduğum üçün utandım. Bu komanda utanc verici bir futbol oynadı. “Qalatasaray” pis oynamadı. Pis oynamaq başqa bir şeydi, utanc verici futbol oynamaq başqa. 10 nəfərlə oynayan və uduzan “Fənərbaxça”, gərgin və həyəcanlı olan “Qalatasaray” idi. “Fənərbaxça”nın yerinə “Qalatasaray” olsaydı, oyun 6:0 bitərdi. Kaş onlar da bir qol vurardı. “Qalatasaray”a yaxşı dərs olardı”.
saytlarin hazirlanmasi