Azərbaycanlı futbolçuların Türkiyəyə axını davam edir
Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Fethiyespor" azərbaycanlı qapıçı Davud Kərimi ilə transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, komanda qapıçımızla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı qolkiper “Rəvan”dan ayrıldıqdan sonra birinci divizion təmsilçisi "Neftçala"da çıxış edirdi.