Cənublular paytaxtda məskunlaşacaq
Premyer Liqanın III turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər məşqini də tamamlayan komanda günorta saatlarında Bakı şəhərinə yola düşüb. “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Qarabağ”la matçın son hazırlıqlarını Bakıda davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ” - “Xəzər Lənkəran” matçı avqust ayının 18-də saat 20-də “Baksell Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi